Fransalı mütəxəssis Zinəddin Zidan türkiyəli futbolçu Kenan Yıldız haqda fikirlərini bölüşüb.
Newsport.az xəbər verir ki, o, “Yuventus”da çıxış edən yarımmüdafiəçi ilə bağlı bunları deyib:
“Yuventus”da Kenanı çox bəyənirəm. Yaxşı oyunçudur, qol vurur, məhsuldar ötürmə edib, əla keyfiyyətə sahibdir. Onun hələ inkişaf etməsi vacibdir”.
Kenan bu mövsüm 8 oyunda 2 qol vurub, 4 məhsuldar ötürmə edib.