"Yuventus"un əsas transfer hədəfi bəlli oldu

"Yuventus" qışda yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Newsport.az xəbər verir ki, A Seriyası nəhənginin əsas hədəfi "Əl-Hilla"da çıxış edən Sergey Milinkoviç-Saviçdir. Bu barədə "Tutto Sport" nəşri məlumat yayıb.

"Ağ-qaralar" serbiyalı futbolçunu transfer etmək üçün yanvar ayında onun klubuna rəsmi təkliflə müraciət edəcək. "Mavi dalğalar"la müqaviləsi gələn ilin yayında başa çatan özü də İtaliyaya qayıtmağa isti yanaşır.

Qeyd edək ki, "Əl-Hilal" Sergey Milinkoviç-Saviçi 2023-cü ilin yayında "Latsio"dan 40 milyon avroya transfer edib. Serbiya millisinin üzvü bu mövsüm Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right