Neymarla Messi komanda yoldaşı ola bilər

“Santos”un hücumçusu Neymar klubunu dəyişə bilər.

Newsport.az “Daily Mail“-ə istinadən xəbər verir ki, “İnter Mayami” braziliyalı futbolçunu heyətinə qatmaqda maraqlıdır. Forvardın agentləri transferlə bağlı danışıqlara hazırdır.

33 yaşlı futbolçu 2025/2026 mövsümündə 21 matçda meydana çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun Braziliya klubu ilə hazırkı müqaviləsi dekabrın sonunda başa çatacaq.

“İnter Mayami”də Neymarın “Barselona”da birlikdə oynadığı Lionel Messi də forma geyinir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right