Türkiyə klubunun futbolçusu Azərbaycan millisinə qarşı oynamayacaq

Ukrayna millisinin yarımmüdafiəçisi Aleksandr Zubkov DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycana qarşı keçiriləcək görüşünü buraxacaq. 

Newsport.az xəbər verir ki, “Trabzonspor”un futbolçusu zədələnib. 

Onun millidəki yerini "Şaxtyor"un yarımmüdafiəçisi Oleq Oçeretko tutacaq.

Qeyd edək ki, Ukrayna – Azərbaycan görüşü oktyabrın 13-də Polşanın Krakov şəhərində keçiriləcək və oyuna Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right