“Tottenhem” “Portu”nun hücumçusunu izləyir

“Portu”nun 21 yaşlı hücumçusu Samu Aqehova “Tottenhem” tərəfindən yaxından izlənilir.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı forvard ötən mövsüm 27 qol vurmaqla Avropanın aparıcı klublarının diqqətini cəlb edib. “Tottenhem” onun çıxışını diqqətlə təhlil edir və potensial transferi gündəmdə saxlayır.

Bununla belə, yanvarda Aqehovanın transferi real görünmür. “Portu” mövsümün ortasında əsas hücumçusunu itirmək istəmir. Mümkün keçid yalnız gələn yay baş tuta bilər.

Aqehova cari mövsümdə bütün turnirlərdə 8 oyunda 5 qol vurub. Onun “Portu” ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right