“Donnarumma dünyanın ən yaxşı qapıçısıdır!” Erlinq Haland

“Mançester Siti”nin hücumçusu Erlinq Haland komanda yoldaşı Canluici Donnarumma barədə yüksək fikirlər səsləndirib.

Newsport.az “City Report”-a istinadən xəbər verir ki, norveçli forvard, Donnarummanın hazırda dünya futbolunun ən yaxşı qapıçısı olduğunu bildirib:

“Donnarumma çox böyükdür! O, dünyanın ən yaxşı qapıçısıdır! “Lev Yaşin” mükafatının sahibi oldu. Belə bir futbolçu ilə oynamaq, əlbəttə, motivasiyadır, amma bu, eyni zamanda işimizi çətinləşdirir”.

26 yaşlı italiyalı qolkiper bu il sentyabrın 1-də “Mançester Siti”yə transfer olunub. O, komandanın heyətində artıq 6 oyuna çıxıb, 4 top buraxıb və 3 dəfə qapısını toxunulmaz saxlayıb.

Donnarummanın klubla müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right