“Real”ın futbolçusu Arda Güler La Liqada sentyabr ayında 23 yaşa qədər olan oyunçular arasında ən yaxşı seçilib.
Newsport.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi U-23-lərə verilən ayın oyunçusu mükafatını qazanıb.
20 yaşlı futbolçu bu nominasiyada “Barselona”dan Fermin Lopesi, “Valensiya”dan Xavi Gerranı, “Levante”dən Karlos Alkarası və “Elçe”dən Martim Netonu qabaqlayıb.