Qrizmanndan "Atletiko" tarixinin rekordu

"Atletiko"nun hücumçusu Antuan Qrizmann ilkə imza atıb.

Newsport.az xəbər verir ki, 34 yaşlı hücumçu bunu ötən gecə Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda "Ayntraxt"la görüşdə (5:1) bacarıb. O, matçın 45-ci dəqiqəsində fərqlənib. Nəticədə Qrizmann Madrid təmsilçisi üçün vurduğu qolların sayını 200-ə çatdırıb.

Nəticədə fransalı forvard "Atletiko" tarixində ən çox qol vuran oyunçu olub. 

"Atletiko"da çıxış etmiş aktiv oyunçular arasında ikinci ən çox qol vuran futbolçu hazırda Meksikanın "Tiqres" klubunun formasını geyinən Anxel Korreadır (88 qol). Yarımmüdafiəçi Koke isə 48 qolla üçüncüdür.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right