Paytaxt klubunda ciddi itki

“Tottenhem”in futbolçusu Dominik Solanke bir müddət yaşıl meydanlardan uzaqda qalacaq.

Newsport.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Tomas Frank danışıb.

O, 28 yaşlı hücumçunun topuq biləyindən əməliyyata ehtiyacı olduğunu açıqlayıb.

Solanke “Tottenhem”ə 2024-cü ilin yayında “Bornmut”dan keçib. Ötən mövsüm o, 45 oyuna çıxıb, 16 qol vurub. Bu mövsüm isə ingiltərəli futbolçu 3 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right