"Arsenal" Fransa millisinin üzvü ilə müqavilə imzaladı

İngiltərənin "Arsenal" klubunda yeni müqavilə qeydə alınıb.

Newsport.az xəbər verir ki, Premyer Liqa nəhəngi Villiam Salibanın sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransa millisinin üzvü 2030-cu ilin yayına kimi London klubuna məxsus olacaq.

Qeyd edək ki, "Arsenal" Villiam Salibanı 2019-cu ilin yayında "Sent-Etyen"dən transfer edib. 24 yaşlı mərkəz müdafiəçisi bu mövsüm "topçular"ın heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right