“Arsenal”ın hücumçusu Qabriel Jesus klubdan ayrılmaq niyyətindədir.
28 yaşlı futbolçu qışa qədər meydana çıxa bilməyəcək. O, çarpaz bağların qopması səbəbindən mövsümün ilk yarısını buraxır.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, “topçular” tez-tez zədələrə məruz qalan braziliyalı forvardın xidmətindən imtina etməyi planlaşdırır. O, artıq yanvar transfer pəncərəsində yeni komanda axtarmağa hazırdır.
Jesusa həm Braziliya klublarından, həm də Avropadan maraq var. O isə karyerasını əsas rol oynayacağı bir komandada yenidən qurmaq istəyir.