"Kayrat" "Real"ı məğlub edərsə, futbolçulara maşın hədiyyə ediləcək

Qazaxlı iş adamı Tursen Alaguzov Çempionlar Liqasında "Real”ı (Madrid) məğlub edərsə, “Kayrat” futbol klubunun futbolçularına maşın hədiyyə edəcək.

Newsport.az xəbər verir ki, Alaguzov bununla bağlı belə danışıb:

“Hörmətli Qazaxıstan vətəndaşları, bu gün Almatı şəhəri günüdür. Bütün vətənpərvərlər kimi biz də bilirik ki, 10 gündən sonra sevimli “Kayrat”ımız “Real”la oynayacaq. Ona görə də ölkənin vətənpərvəri kimi ad günüm ərəfəsində “Kayrat” komandası qalib gələcəyi təqdirdə matçda çıxış edən bütün futbolçulara maşın vəd edirəm. Dünyanın paytaxtı Almatı, “Kayrat” çempion!”.

Qeyd edək ki, “Kayrat" sentyabrın 30-da "Real"la qarşılaşacaq. Qazaxıstan klubu ilk turda "Sportinq"ə 1:4 hesabı ilə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right