İngiltərə Premyer Liqasında IV turun oyunları keçirilir.
Newsport.az xəbər verir ki, turun mərkəzi qarşılaşması Mançester şəhərində baş tutub. "Mançester Siti" doğma meydanda "Mançester Yunayted"i 3:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, "şəhərlilər" turnir cədvəlində 6 xalla 8-ci, "qırmızı şeytanlar" isə 4 xalla 14-cü pillədə qərarlaşıb.