“Real” FİFA-ya şikayət edəcək

“Real” klubunun rəhbərliyi İspaniya çempionatındakı hakimlikdən FİFA-ya şikayət etməyə hazırlaşır.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubunun şikayətində İspaniya futbolunda mübahisəli hakimliklə bağlı insidentlər təsvir olunacaq. Hazırkı və keçmiş mövsümlərin matçlarından epizodlara toxunulacaq.

“Real” La Liqanın 4-cü turunda, “Real Sosyedad”la oyunda (2:1) komandanın müdafiəçisi Din Heysenin ilk hissədə qırmızı vərəqə alaraq meydandan qovulmasından sonra bu məsələni həll etmək qərarına gəlib. Madrid komandası hazırda 12 xal toplayıb və İspaniya çempionatının turnir cədvəlinə başçılıq edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right