“Nyukasl”ın yeni transferi sıradan çıxıb

“Nyukasl”ın hücumçusu Yohan Vissa dizindən zədə alıb və xeyli müddət yaşıl meydanlardan kənarda qalacaq.

Newsport.az “Sky Sports”-a istinadən xəbər verir ki, forvard Konqo millisində dizindən zədə aldığı üçün yaxın 4-6 həftə ərzində İngiltərə klubuna kömək edə bilməyəcək.

Vissa yay transfer pəncərəsinin son günündə “Brentford”dan 60 milyon avroya “Nyukasl”a keçib. Onun yeni komandasında debüt etməyə vaxtı belə, olmayıb.

“Nyukasl” sentyabrın 18-də Çempionlar Liqasının ilk turu çərçivəsində doğma meydanda “Barselona”nı qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right