Braziliyalı sabiq futbolçu Ronaldinyonun oğlu Joao Mendeş İngiltərənin “Hall Siti” klubuna keçib.
Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Mendes Çempionşip təmsilçisinin U-21 komandasında çıxış edəcək.
Türkiyəli iş adamı Acun Ilıcalıya məxsus olan “Hall Siti” Çempionşipdə 17-ci yerdədir.
Joao Mendeş karyerasına Braziliya “Kruzeyro”sunda başlayıb. O, 2023-cü ilin yazında “Barselona”ya, ötən il isə İngiltərə “Bernli”sinə keçib.