İspaniya millisində ciddi itki Türkiyəyə qarşı oynamayacaq

"Barselona"nın futbolçusu Qavi İspaniya millisinin qarşıdakı matçlarında iştirak etməyəcək.

Newsport.az "Marca"ya istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi sağ dizində ağrılar olduğu üçün millinin düşərgəsində yer almayacaq.

O, DÇ-2026-nın seçmə mərhələsinin Bolqarıstan və Türkiyə ilə görüşlərində oynamayacaq.

Xatırladaq ki, gənc futbolçu çarpaz bağları qırılmış dizində ağrılar olduğu üçün bir müddət meydana çıxmayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right