“Barselona” onu satmağa hazırdır

“Barselona”nın yarımmüdafiəçisi Mark Kasadonun transfer pəncərəsi bitməmiş komandadan ayrılmaq ehtimalı var.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu “Marsel” və “Vest Hem”in maraq dairəsindədir.

“Barselona” Kasadonun satışına açıqdır və yaxşı təklif olarsa, onu satmağa hazırdır. O, bu mövsüm La Liqada yalnız bir oyunda meydana çıxıb.

İspaniyalı futbolçunun klubla müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right