"Fənərbaxça" Mourinyo ilə yollarını ayırdı Rəsmi

"Fənərbaxça" baş məşqçisini istefaya göndərib.

Newsport.az xəbər verir ki, İstanbul klubunun rəhbərliyi onunla yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, təcrübəli çalışdırıcı ötən ilin yayından “Fənərbaxça”ya rəhbərlik edirdi. Onun rəhbərliyi altında “sarı-lacivərdlilər” 62 rəsmi oyuna çıxıb. Bu görüşlərin 37-də qələbə, 14-də heç-heçə qeydə alınıb, 11-də isə məğlubiyyət yaşanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right