La Liqa klubu gürcü hücumçunu transfer edir 30 milyon avroya

"Lion"un hücumçusu Jorj Mikautadze karyerasını İspaniya La Liqasında davam etdirməyə yaxındır.

Newsport.az xəbər verir ki, "Vilyarreal" gürcü futbolçunun keçidini yekunlaşdırmaq üzrədir. Bu barədə "Mercato" nəşri məlumat yayıb.

Klubların Mikautadzenin transferi üçün razılıq əldə etdiyi bildirilir. "Vilyarreal" 24 yaşlı forvard üçün Fransa klubuna 30 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, "Lion" Jorj Mikautadzeni ötən ilin yayında "Mets"dən transfer edib. Gürcüstan millisinin üzvü Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 18 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right