"Real"ın yarımmüdafiəçisi Fransa klubuna keçmək istəyir

"Real"ın futbolçusu Dani Sebalyos karyerasını Fransada davam etdirə bilər.

Newsport.az xəbər verir ki, "Marsel" ispaniyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

DÇ-2026 üçün İspaniya millisnə dəvət  almağı qarşısına hədəf qoyan Sebalyos daha çox oynaya biləcəyi kluba keçmək istəyir. 29 yaşlı ooyunçu maaşı azalsa belə, "Marsel"də oynamağaa hazırdır.

Liqa 1 təmsilçisi təcrübəli oyunçunu heyətinə qatmaq üçün onun klubu ilə danışıqları davam etdirir.

Qeyd edək ki, "Real" Dani Sebalyosu 2017-ci ilin yayında "Betis"dən transfer edib. Futbolçu ötən mövsüm "kral klubu"nun heyətində meydana çıxdığı 45 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right