"Çelsi"nin futbolçusu "Beşiktaş"a keçə bilər

"Çelsi"nin futbolçusu Rahim Sterlinq karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, "Beşiktaş" ingiltərəli vingerin transferi üçün onun klubu ilə razılıq əldə edib. Bu barədə "Takvim" nəşri məlumat yayıb.

30 yaşlı oyunçu "qara qartallar"ın maaş təklifini qəbul etsə, onunla 2+1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Rahim Sterlinq ötən mövsüm icarə əsasında "Arsenal"da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right