“Tottenhem” ekvadorlu müdafiəçini transfer etmək istəyir

Leverkuzen “Bayer”inin müdafiəçisi Piero İnkapiye “Tottenhem”ə keçə bilər.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu ekvadorlu futbolçu üçün icarə müqaviləsi nəzərdə tutur və 60 milyon avro qarşılığında satınalma şərti də olacaq.

İnkapiye özü də klubunu dəyişməyə hazırdır.

23 yaşlı futbolçu ötən mövsüm “Bayer”in heyətində 45 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun klubla hazırkı müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right