"Mançester Siti"nin müdafiəçisi La Liqa klubunda

"Mançester Siti"nin futbolçusu Vitor Reys karyerasını İspaniyada davam etdirəcək.

Newsport.az xəbər verir ki, "Jirona" braziliyalı futbolçunu icarəyə götürüb. Bu barədə klubun mətbuaat xidməti məlumat yayıb.

19 yaşlı mərkəz müdafiəçisi 2025/2026 mövsümündə La Liqa təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, "Mançester Siti" Vitor Reysi bu ilin yayında "Palmeyras"dan 37 milyon avroya transfer edib. Gənc oyunçu Premyer Liqa təmsilçisinin heyətində 5 rəsmi matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right