Azərbaycan velosipedçiləri İslamiadaya yollanıb

Azərbaycanın şose və trek velosipedi üzrə Elit / U23 yığma komandasının üzvləri Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında iştirak edəcəklər.

Federasiyanın mətbuat xidmətindən Newsport.az-a verilən məlumata görə, Oyunlarda baş məşqçilər Asif Həsənov (şose üzrə) və Elçin Qərəmanovun (trek üzrə) rəhbərliyi ilə kişi velosipedçilərdən Elçin Əsədov, Nəcəf Bağırov, Əmral Abduləzizli, Əli Qurbanov, Musa Mikayılzadə, Şahin Eyvazov, Elgün Əlizadə, qadın velosipedçilərdən isə Viktoriya Sidorenko, Ayan Xankişiyeva və Lalə Əbdürəhmanova mübarizə aparacaqlar.

Onlar avqustun 5-dən həm trek, həm də şose növlərində yarışlara qatılacaqlar. Velosipedçilərə Orxan Məmmədov (mexanik) və Babək Xudiyev (massajçı) texniki xidmət göstərəcək.

Qeyd edək ki, Azərbaycan Velosiped Federasiyasının nümayəndə heyəti artıq Türkiyənin Konya şəhərindədir. Velosipedçilər yarışöncəsi son hazırlıq prosesi keçirlər. V İslam Həmrəyliyi Oyunları 9 - 18 avqustda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right