Türkiyənin Konya şəhərində təşkil olunacaq V İslam Həmrəyliyi oyunlarında mübarizə aparacaq müvafiq yaş qrupundan ibarət Azərbaycan milli komandası (U-23) avqustun 2-dən 4-dək Milli Komandaların Məşq Mərkəzində təlim-məşq toplanışında olacaq.
Newsport.az AFFA-nın saytına istinadən xəbər verir ki, avqustun 5-də Konya şəhərinə yola düşəcək komandaya aşağıda adları qeyd olunan futbolçular dəvət olunub.


