"Bakı-2015": Ağayeva uduzdu, 4 boksçumuz 1/4 final yolunda YENİLƏNİR

"Bakı-2015" I Avropa Oyunlarında boks yarışları davam edir.

Newsport.az-ın məlumatına görə, yarışların növbəti günündə 3 kişi, ikisi qadın olmaqla 5 boksçumuz mübarizəyə qoşulacaq.

Qeyd edək ki, dünən 1/8 finala vəsiqə qazanan boksçumuz Collazo Sotomayor sabah rinqə çıxacaq. O, bu mərhələdə moldovalı Dmitri Qalaqotla döyüşəcək.

 


Kişilər

56 kq

Yığmamızın üzvü Tayfur Əliyev mübarizəyə 1/8 finaldan qoşulacaq. Onun ilk görüşündəki rəqibi rumıniyalı Nikolae Andreiana olacaq. Təmsilçimizin rinqə saat 15:00-da çıxacağı gözlənilir.


81 kq

Dünən Böyük Britaniyadan Joşua Buatsiyə qalib gəlməklə 1/8 finala vəsiqə qazanan Teymur Məmmədov çıxışını davam etdirəcək. Avropa çempionumuz və Olimpiya oyunlarının bürünc mükafatçısı bu mərhələdə polşalı Yordan Kulinski ilə üz-üzə gələcək. Döyüşün saat 21:15-də başlayacağı gözlənilir.

 

91 kq

Ən ağır çəki dərəcəsində ölkəmizi Məhməmədrəsul Məcidov təmsil edəcək. Mübarizəyə 1/8 finaldan başlayacaq ikiqat dünya çempionumuz və Olimpiya Oyunlarının bürünc mükafatçısı bu mərhələdə Gürcüstan təmsilçisi Mixail Baxtidze ilə qarşılaşacaq. Görüşün startı saat 21:45-ə nəzərdə tutulub.

 


Qadınlar

51 kq

Qadın boksçularımızdan rinqə ilk olaraq Anaxanım Ağayeva çıxacaq. Gənc boksçumuz 1/8 finalda Polşa təmsilçisi Sandra Drabiklə döyüşüb. Boksçumuzun çıxışı uğursuz alınıb. Rəqibinə 0:3 (36:40, 36:40, 36:40) hesabı ilə uduzan Ağayeva 1/4 finala yüksələ bilməyib.

75 kq

Digər qadın boksçumuz Leyla Cavadova da mübarizəyə 1/8 finaldan başlayacaq. O, ilk görüşündə rusiyalı Yaroslava Yakuşina ilə üz-üzə gələcək. Onun saat 19:00-da rinqə çıxacağı gözlənilir. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right