"Bakı-2015" I Avropa Oyunlarında boks yarışları davam edir.
Newsport.az-ın məlumatına görə, yarışların növbəti günündə iki idmançımız mübarizəyə qoşulub.
64 kq
Bu çəki dərəcəsində mübarizə aparacaq təmsilçimiz Collazo Sotomayor 1/16 final mərhələsində sloveniyalı Edin Sejdinoviçlə üz-üzə gəlib. Hər üç raundda rəqibindən üstün olan (3:0) təmsilçimiz 1/8 finala yüksəlib. Sotomayor bu mərhələdə moldovalı Dmitri Qalaqotla döyüşəcək. Görüşün startı iyunun 21-də saat 20:30-a nəzərdə tutulub.
81 kq
Digər təmsilçimiz Teymur Məmmədov 1/16 finalda Böyük Britaniyadan Joşua Buatsi ilə münasibətlərinə aydınlıq gətirib. Hər üç raundda rəqibinə qalib gələn (3:0) Teymur 1/8 finala yüksəlib. O, bu mərhələdə Polşa idmançısı Yordan Kulinski ilə qarşılaşacaq. Döyüşün sabah, saat 21:15-də başlayacağı gözlənilir.