Avropa Oyunlarında güləş yarışlarında xoşagəlməz hadisə baş verib.
Newsport.az-ın məlumatına görə, kişilər arasında sərbəst güləş üzrə 57 kq çəki dərəcəsində belaruslu Vladislav Andreyevlə gürcüstanlı Vladimir Xinçeqaşvili arasında keçirilən yarımfinal görüşü zamanı idmançılar bir-birilə dalaşıblar. İdmançılar əsəblərini cilovlaya bilməyiblər. Andreyev 2:1 hesabı ilə öndə olarkən rəqibi ona sillə zərbəsi vurub. Belaruslu pəhləvan da buna qarşılıq verincə, iki idmançı arasında dava düşüb. Bu hadisəyə görə görüş yarımçıq dayandırılıb və hər iki idmançı yarışdan uzaqlaşdırılıb. Qərara əsasən, hər iki idmançı diskvalifikasiyaya edilib. Buna əsasən rusiyalı Lebedev çempion güləşmədən qalib gəlib.