Bu gün Bakı-2015 I Avropa Oyunlarında qadın voleybolçular arasında növbəti turun oyunları keçiriləcək.
Newsport.az-ın məlumatına görə, milli komandamız 3-cü matçında İtaliya ilə qarşılaşacaq.
A qrupunda lider olan millimiz İtaliyanı məğlub etməklə liderliyini davam etdirəcək. Qarşılaşma saat 16:30-da start götürəcək.
Voleybol, qadınlar
17 iyun
A qrupu
11:00. Polşa – Rumıniya
16:30. İtaliya – Azərbaycan
20:00. Belçika – Türkiyə