"Azərbaycanlılara təşəkkür edirəm " – erməni güləşçi

Erməni güləşçi Miqran Arutyunyan (66kq) "Bakı-2015"in finalında rus güləşçi Artyom Surkova məğlubiyyətdən sonra təəssüratlarını bölüşüb.

Newsport.az-ın məlumatına görə, güləşçi bildirib ki, final oyunu ağır keçib:

"Mən psixoloji olaraq final qarşılaşmasına hazır idim. Ancaq final döyüşü mənim üçün ən ağır döyüş olmadı. Ən ağır döyüşüm azərbaycanlı Həsən Əliyev və serb Maksimoviçə qarşı olan döyüşlər idi. Onların hər ikisi çox güclü döyüşçülərdir" - deyə Miqran Arutyunyan bildirib.

Erməni idmançı bildirib ki, "Bakı-2015" haqda təəssüratlarının çox yaxşı olduğunu bildirib. "Buraya mənə böyük etiraz olacağını bilə-bilə gəldim. Bundan başqa mənə çox yaxşı münasibət göstərən azərbaycanlılar var. Onlara təşəkkür edirəm", - deyə Arutyunyan bildirib.

Qeyd edək ki, Miqran Arutyunyan "Bakı-2015"də gümüş medal qazanıb.(Sportbox)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right