"Bakı-2015": Stadnikdən qızıl, Sinişindən bürünc medal YENİLƏNİB

Bu gün "Bakı-2015" I Avropa Oyunlarında sərbəst güləş üzrə qadınlar arasında yarışlara start veriləcək.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə mübarizəyə qoşulacaq 4 güləşçimiz 48, 55, 60 və 69 kq çəki dərəcələrində yarışacaqlar.

48 kq

Bu çəki dərəcəsində ölkəmizi təmsil edən Maria Stadnik mübarizəyə 1/8 finaldan qoşulub. Təmsilçimiz bu mərhələdə portuqaliyalı Kosta Dos Santosu məğlub edərək 1/4 finala adlayıb. Yarımfinala gedən yolda Stadnik fransalı güləşçini də məğlub edərək, yarımfinala yüksəlib. Finala vəsiqə qazanmaq üçün idmançımız polşalı güləşçi ilə üz-üzə gəlib. Bu dəfə də qələbə qazanan təmsilçimiz finala yüksəlib. Final görüşündə bolqarıstanlı idmançı ilə qarşılaşan Stadnik rəqibinə şans verməyib. 12:1 hesabı ilə qələbə qazanan idmançımız millimizin aktivinə 7-ci qızıl medalı əlavə edib.

55 kq

Xalça üzərinə ilk olaraq 55 kq çəki dərəcəsində yarışacaq güləşçimiz Natalya Sinişin çıxıb. O, 1/8 finalda italiyalı Patrizia Liuzzi ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə təmsilçimiz 10:0 hesabı ilə qalib gəlib. İdmançımız  1/4 finalda Türkiyə təmsilçisi Bediha Gün ilə qarşılaşıb. Güləşçimiz rəqibi üzərində 12:0 hesabı ilə vaxtından əvvəl parlaq qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb. N.Sinişinin yarımfinalda Sofia Mattssonla (İsveç) qüvvəsini sınayıb. Lakin idmançımız 5:6 hesabı ilə uduzaraq, həlledici görüşə yüksələ bilməyib. Bununla belə, Sinişin bürünc medal uğrunda ukraynalı Tatyana Kitlə qarşılaşıb. O, vaxtından əvvəl 10:0 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.

60 kq

Bu çəkidə növbəti medal ümidimiz - Yuliya Ratkeviç mübarizə aparır. O da mübarizəyə 1/8 finalda qoşulub. Lakin təmsilçimiz gözlənilmədən Bolqarıstan idmançısı Yusein Taybeyə uduzub. 

69 kq

Bu çəkidə isə millimiz Nadio Muşka ilə təmsil olunur. 1/8 finalda Muşka Rusiya idmançısı Nataliya Vorobyovaya uduzub. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right