Erməni idmançısını məğlub edən Türk güləşçı:"Azərbaycan bizim ikinci vətənimizdir"

Yunan-Roma güləşi üzrə 85 kq çəki dərəcəsində yarışan erməni idmançısını məğlub edərək bürünc medala sahib çıxan Türkiyə təmsilçisi Basar Metehan Newsport.az saytına müsahibə verib.


-  İlk öncə Azərbaycanla bağlı təəssüratlarını öyrənək...

- Azərbaycan bizim ikinci vətənimizdir.Buranın insanların özümə doğma hiss edirəm.Burada özümü heç də yad hiss etmirəm. Sanki bu Avropa oyunları Türkiyədə keçirilir.Biz bir millət iki dövlətik.


- Azərbaycana ilk dəfədir gəlirsən?

- Yox, daha öncə Bakıda təlim-məşq toplanışlarında olmuşam. Buradakı güləşçi qardaşlarımızla sıx əlaqələrimiz var.

- "Bakı-2015"in təşkilatçılığı ilə bağlı nə deyə bilərsən?

- Çox gözəl bir idman bayramı təşkil ediblər. Burada olduğumuz üçün çox xoşbəxtik. Bu işdə əməyi keçən hər bir insana təşəkkürümü bildirirəm.

- Bürünc medal uğrunda görüşdə erməni idmançısı ilə qarşılaşdın... 

- Belə yarışlarda əsasən qarşımıza qızıl medal qazanmağı qoyuruq. Amma bürünc medal uğrunda mübarizə apardım və rəqibim erməni oldu. Bu görüşdə məğlub olmamalı idim. İstəyimə nail oldum.

- Ermənistanın Azərbaycana düşmən ölkə olduğunu nəzərə alsaq,  bu döyüşün sənin üçün xüsusi əhəmiyyət kəsb etdiyini söyləmək olardı?

- Təbbi ki, elə bu səbəbdən əvvəlcədən döyüşə özümü çox yaxşı motivasiya etmişdim. Ermənini məğlub edəcəyimi bilirdim. Döyüşə elə bu düşüncə ilə də çıxdım.

- Çıxışın zamanı azarkeşlər də səni durmadan dəstəkləyirdilər.

- Bəli, döyüşə çıxdığım ilk andan etibarən qardaş dəstəyi hiss etdim.Dediyim kimi biz bir millətik,sevincimizdə birdi kədərimizdə. Mən də onların bu dəstəyindən sonra mütləq qazanmalı olduğumu düşündüm. Sevinirəm ki, onların dəstəklərini qarşılıqsız qoymadım. Deyə bilərəm ki, gücümü onların sayəsində daha yaxşı göstərə bildim.

- Yəni, azarkeşlərin dəstəyi sənə əlavə güc verdi...

- Biz hələ Azərbaycana gəlməmişdən öncə bu gücü özümüzdə hiss edirdik. Çünki, qardaş ölkəyə gəlirdik. Dediyim kimi Azərbaycan ikinci vətənimizdir. İnsanları da bildiyimiz və anladığımız adamlardır.

- 130 kq çəki dərəcəsində qızıl medal qazanan həmyerlin Rıza Kayaalp qələbədən sonra sevincini Azərbaycan və Türkiyə bayraqları ilə qeyd edib. 

- Erməni idmançısını məğlub etdikdən sonra ətrafıma baxıb bayraq axtardım. Amma təəssüflər olsun ki, heç yerdə tapmadım.Mən də öz sevincimi sizlərlə bölüşmək istədim.


- Səni dəstəkləyən azərbaycanlılara nə demək istərdin?

- Hər birinə ayrı-ayrılıqda təşəkkürümü bildirirəm. Azərbaycanı və millətimi çox sevirəm. Bizi hər zaman dəstəkləsinlər.

Mərdan Həsəsnov





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right