Bu gün "Bakı-2015" I Avropa Oyunlarında triatlon yarışı başa çatıb.
Newsport.az-ın məlumatına görə, Bilgəh çimərliyində kişilər arasında keçirilən yarışda Azərbaycanı Rostislav Pevtsov təmsil edib.
O, 1 saat 49 dəqiqə 4 saniyəlik nəticə ilə mübarizəni üçüncü sırada başa vuraraq yarışın bürünc medalına sahib çıxıb.
Birinci Avropa Oyunlarının qalibi isə britaniyalı idmançı Benson Qordon olub. O, çempionluğu 1 saat 48 dəqiqə 31 saniyəlik nəticə ilə əldə edib. Portuqaliyalı Joao Silva 1 saat 48 dəqiqə 42 saniyə ilə ikinci yeri tutub.
Benson Qordon bu nəticə ilə “Rio-2016” Yay Olimpiya Oyunlarının triatlon yarışında birbaşa iştirak etmək hüququ qazanıb.