Bu gün Bakı-2015 I Avropa Oyunlarında kişi voleybolçular mübarizəsinə start verilib.
Newsport.az-ın məlumatına görə, A və B qruplarında 3 qarşılaşma baş tutacaq.
A qrupunda yer alan Azərbaycan yığması ilk görüşündə Finlandiya ilə üz-üzə gəlir. Matç saat 16:30-da başlayıb.
A qrupunun ilk matçında Türiyə Serbiyanı 3:2 hesabı ilə məğlub edib. B qrupunda isə iki qarşılaşma yekunlaşıb. Slovakiya İtaliyaya 3:1, Belçika isə Bolqarıstana 3:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, A qrupunun son matçında Polşa Fransa, Almaniya isə Rusiya ilə qarşılaşacaq.
14 iyun
Qrup oyunu, I tur
Azərbaycan – Finlandiya - 2:3 (25:22, 25:21, 18:25, 18:25, 13:15)