"Bakı-2015": Orxan Mamayev yarımfinalda

Karate yarışları davam edir.

Newsport.az-ın məlumatına görə, bu gün "Bakı2015"də üçüncü günün oyunları keçirilir. Karate yarışlarında isə ikinci oyun günüdür. Bir neçə karateçimiz görüşə çıxır.

84kq çəkidə Şahin Atamov ilk oyununa çıxdı. B qrupunda Türkiyəli Erkan Enes ilə qarşılaşan Atamov 10-1 hesabı ilə məğlub oldu. Üçüncü görüşünü yunan idmançıya qarşı keçirən Şahin bu görüşdə də məğlub olaraq mübarizəni dayandırdı.

Tural Balyanlı isə ilk oyunda Andorra idmançısına 5-0 hesabı ilə qalib gəldi. Bu qrupun ilk oyunu idi. 84 kq çəkidə Ayxan Mamayev qrupdakı ilk görüşündə Yunanıstan idmançısı ilə bərabərə qald. İkinci döyüşünü Ukrayna idmançısına qarşı keçirdi. Mamayev bu oyunda da qələbə qazanmağı bacardı. 6-3 hesabı ilə qalib gələn Ayxan, növbəti mərhələyə yüksəldi. Ayxan Mamayev kumite yarışında Fransız idmançı ilə qarşılaşaraq 6-1 hesabı ilə qələbə qazandı. Ayxan Mamayev yarım finalda Kosova idmançısı ilə qarşılaşacaq. Digər yarım finalda isə türk və yunan idmançıları üz üzə gələcək.

Qadınların kata yarışında isə Ədilə Qurbanova Xorvatiya idmançısına 5-0 hesabla məğlub oldu. 68kq çəki dərəcəsində İrina Zaretska qrupun ilk oyununda yunan idmançısına 1 hesabı ilə qalib gəlib. O ikinci görüşünü Monteneqro yarışçısına qarşı keçirəcək.  Aytən Səmədli İsveç təmsilçisinə 9-1 məğlub oldu. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right