Avropa Oyunlarında dağ velosipedi start götürüb.
Newsport.az-ın məlumatına görə, cəmi 1 gün davam edəcək yarışda ilk olaraq qadınlar yarışıb. Az əvvəl başa çatan yarışda artıq ilk medal öz sahibi tapıb. Bu həm də oyunlarda medal qazanan ilk idmançı olub. Dağ Velosipedi Parkında baş tutan yarışa 27 idmançı qatılıb. Finiş xəttinə hamıdan tez çatan isveçrəli Yolanda Neff qızıl medala yiyələnib. məsafəni 1 saat 31 dəqiqə 5 saniyəyə qət edən velosipedçi Avropa Oyunları tarixinə düşüb. Belə ki, o, Oyunların ilk çempionu olub.
Onun həmyerlisi Katrin Stirnemann 1:33.08 nəticə ilə 2-ci olub. Polşalı Maya Vloçovska 3-cü pilləyə yiyələnib – 1:33.13.
Azərbaycanı burada 27-cı sıra nömrəsi ilə start xəttinə çıxan Ülfət Nəzərli təmsil edib. Lakin idmançımız finiş xəttinə çata bilməyib.