İyunun 12-də keçiriləcək ilk Avropa Oyunlarının açılış mərasimində komandaların paradı zamanı Azərbaycan bayrağını daşıyacaq idmançının adı müəyyənləşib.
Newsport.az-ın məlumatına görə,açılış mərasimində Azərbaycan bayrağını cüdo üzrə Avropa çempionu, dünya çempionatının mükafatçı medalçısı Elmar Qasımov daşıyacaq.
Qeyd edək ki, Qasımov 2009-cu ildə Ermənistanda keçirilən gənclər arasında Avropa çempionatının qalibi olub.