Dağıstanda 2 medal

Mayın 21-24-də Dağıstan Respublikasının Şamilovski rayonunda Suraqat Asiyatilovun xatirəsinə həsr olunmuş yeniyetmə sərbəst güləşçilər arasında 45-ci Respublika turniri keçirilib.

Newsport.az-ın məlumatına görə, qonşu respublikanın dəvətinə əsasən, turnirdə iştirak edən güləşçilərimiz 1 gümüş və 1 bürünc medal qazanıb.

Məşqçi Namiq Quliyevin rəhbərliyi altında turnirdə mübarizə aparan yığma komandanın üzvü Orxan Həsənov (85 kq) yalnız final görüşündə uduzaraq gümüş medala sahib olub. Bürünc medalı isə yığmamıza Cabbar Məmmədzadə (35 kq) qazandırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right