Yığmamız Ukraynada 2-ci oldu

Ukraynanın Lvov şəhərində boks üzrə yeniyetmələr arasında Avropa birinciliyinə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, komandamız yarışda 2 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub.

60 kq çəki dərəcəsində mübarizə aparan Bəxtiyar Qazıbəyov finalda Türkiyə boksçusu Tugrulhan Erdemiri məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Məhəmməd Abdullayev də (+80) Avropa birinciliyinin qızıl medalına sahib olub. Həmyerlimiz finalda ukraynalı Aleksandr Xristevi üstələyib – 2:1.

Cavid Hüseynov (48 kq) finalda Artyom Demyanenkoya (Ukrayna) uduzaraq, 2-ci yeri tutub. 

Niyaməddin Allahverdiyev de finalda məğlub olub. Boksçumuz İngiltərə təmsilçisi Karlz Frankhamalla bacarmayıb - 0:3. 
Orxan Həsənov (54 kq) və Şaiq Məlikov (70 kq) 3-cü yerlə kifayətləniblər. 

Azərbaycan Ukraynadan sonra komanda hesabında 2-ci yeri tutub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right