Tokio-2020 Yay Olimpiya Oyunlarına qatılacaq Azərbaycan idmançıları peyvəndlənmə prosesinə cəlb olunacaq.
Newsport.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çüngiz Hüseynzadə qurumun rəsmi saytına açıqlamasında deyib.
O bildirib ki, koronavirus xəstəliyinə yoluxmayan bütün idmançılar vaksinasiya prosesinə cəlb ediləcək: "Xəstəliyə yoluxan və orqanizmində anticism yaranan atletlərə peyvənd vurulmasına ehtiyac yoxdur".
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax son çıxışında bildirib ki, idmançılar Atletlər Kəndində məskunlaşacaq. Tokio-2020-də iştirak edəcək idmançıların və komanda üzvlərinin 80 faizi Oyunlar başlayanadək vaksinasiya olunacaq.