"Qəbələ"dən 6 medal

Rusiyanın Dərbənd şəhərində Sovet İttifaqı Qəhrəmanı Şamsulla Əliyevin 100 illik xatirəsinə həsr olunan ənənəvi cüdo turniri keçirilib. 

Newsport.az-ın məlumatına görə, aprelin 24-25-də keçirilən ənənəvi Ümumrusiya Cüdo Turnirində 2002-2003-cü il təvəllüdlü yeniyetmələr mübarizə aparıb. Yarışda “Qəbələ” İdman Klubunun idmançıları da çıxış edib.

Məşqçi Rail İsmayılovun rəhbərliyi altında rayon bölməsinin 9 cüdoçusu mükafatlar uğrunda mübarizə aparıb. Rusiyada 6 medal qazanan “Qəbələ” komanda hesabında yarışın qalibi olub. Cüdoçularımız 3 qızıl, 1 gümüş, 2 bürünc medal qazanmağı bacarıb. Bəndalı Bəndalıyev (34 kq), Murad Bəşirov (46 kq) və Naməddin Yunusov (55 kq) bütün rəqiblərini məğlub edib, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Osman Osmanlı (50 kq) yalnız finalda məğlub olaraq gümüş mükafata layiq görülüb. Novruz Əlverdiyev (30 kq) və Ümid Aslanov (42 kq) yarışı 3-cü pilləsində başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right