Azərbaycan duelində sülh

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” beynəlxalq turnirində VII turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, tur Azərbaycan qrossmeysterlərinin dueli ilə əlamətdar olub.

Belə ki, bu dəfə yığmamızın liderləri Şəhriyar Məmmədyarovla Rauf Məmmədov üz-üzə gəliblər. “Ağlar”la oynayan Şəhriyar qalib gəlib, turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmaq, Rauf isə ən azı komanda yoldaşını keçmək niyyətində idi. Lakin görüş sülhlə nəticələnib və hər iki şahmatçı liderə yaxınlaşmaq şansını əldən verib.

 

24 aprel

VII tur

Şəhriyar Məmmədyarov (Azərbaycan, 2756) - Rauf Məmmədov (Azərbaycan, 2658) - 0,5:0,5

Vişvanatan Anand (Hindistan,2791) - Maykl Adams (İngiltərə, 2746) - 1:0

Maksim Vaşye-Laqrav (Fransa, 2716) - Aniş Giri (Hollandiya, 2790) - 0,5:0,5

Vladimir Kramnik (Rusiya, 2783) - Maqnus Karlsen (Norveç, 2863) - 0:1

Fabiano Karuana (İtaliya, 2802) - Uesli So (ABŞ, 2788) - 1:0

 

Turnir cədvəli: Karlsen - 5,5 xal, Anand - 4,5, So, Karuana - 4, Məmmədyarov - 3,5, Qiri, Məmmədov, Vaşye-Laqrav - 3, Kramnik - 2,5, Adams - 2.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right