Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarının məşəlinin marşrutu müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, məşəl aprelin 26-da Atəşgah Məbədində yandırılacaq.
İlk səfər Naxçıvana olacaq. Aprelin 27-dən yola çıxarılacaq məşəl ümumilikdə 60 rayon və şəhərdən keçəcək və iyunun 7-də paytaxta qaytarılacaq. Məşəl cəbhə bölgəsində də olacaq.
Bakı-2015-in açılış mərasimi iyunun 12-də keçiriləcək.