Yığmamızın heyəti açıqlandı

Aprelin 15-də “Cristal Hall”da Avropa Oyunlarına test xarakteri daşıyan boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirinə start veriləcək.

Newsport.az-ın məlumatına görə, 5 gün davam edəcək yarışda Azərbaycan idmançıları ilə yanaşı, Böyük Britaniya, Bolqarıstan, Fransa, Macarıstan, Belarus, Türkiyə, Gürcüstan, Rusiya, Qazaxıstan və Özbəkistan komandaları mübarizə aparacaq.

 

Yarış həm kişilər, həm də qadınlar arasında keçiriləcək.

Turnirin günorta proqramı hər gün saat 13:00-da, axşam proqramı isə 19:00-da start götürəcək. Yalnız aprelin 15-də turnir saat 19:00-da başlayacaq.

 

Azərbaycan milli komandası “Böyük İpək Yolu” turnirində güclü heyətlə çıxış edəcək.

 

Yığmalarımızın heyəti

Kişilər

49 kq: Salman Əlizadə, Rüfət Hüseynov, Cavid Dadaşov

52 kq: Elvin Məmişzadə, Məsud Yusifzadə

56 kq: Cavid Çələbiyev, Tayfur Əliyev, Kənan Hüseynəliyev

60 kq: Elvin İsayev

64 kq: Lorenzo Sotomayor, Cavid Quliyev, Zaur Abdullayev

69 kq: Tamerlan Abdullayev, Yevgeni Romaşkeviç

75 kq: Kamran Şahsuvarlı, Xaybula Musalov, Nikolay Veselov

81 kq: Rauf Rəhimov, Vətən Hüseynli, Eldar Quliyev

91 kq: Teymur Məmmədov

+91 kq: Məhəmmədrəsul Məcidov, Kamran Mehdiyev

 

Qadınlar

51 kq. Anaxanəm Ağayeva, Əzizə Abbasova

54 kq. Anna Əlimərdanova

60 kq. Yana Alekseyeva

64 kq. Yelena Vıstropova

75 kq. Leyla Cavadova





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right