Bakı-2015: 1300-dən artıq mətbuat nümayəndəsi müraciət edib

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinə bu yayın ən mötəbər yarışını işıqlandırmağa maraq göstərən yerli və xarici medianın sayı açıqlanıb.

Newsport.az-ın məlumatına görə, aprelin əvvəlində akkreditasiya prosesi başa çatıb və 1300-dən çox mətbuat nümayəndəsi (yayım şirkətləri istisna olmaqla) tədbiri işıqlandırmaq üçün müraciət edib. Azərbaycanda ilk dəfə bir tədbir üçün bu qədər çox sayda müraciət edilib və bunlar növbəti həftələrdə nəzərdən keçiriləcək.

Bakı-2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, rəylər olduqca sevindiricidi: “Bu, Birinci Avropa Oyunlarının dünya idmanının son 50 illik tarixinə düşən ən maraqlı və ən vacib tədbirlərdən biri olacağını sübut edir. Akkreditasiya sistemi Beynəlxalq Olimpiya Komitəsinin yaratdığı qaydalarına əsasən, Olimpiya xartiyasına uyğun olaraq, Avropa Olimpiya Komitəsi tərəfindən idarə ediləcək”.

Kleqin sözlərinə görə, bütün akkreditasiyalar Azərbaycana viza rolunu da oynayacaq: “Açılış mərasimindən 30 gün əvvəldən başlayaraq, bağlanış mərasimindən 60 gün sonraya qədər qüvvədə olacağını təsdiq edirəm. Bu, gənc və dinamik ölkəni nümayiş etdirəcək möhtəşəm tədbirə qatılmaq üçün akkreditasiyadan keçmiş media üzvləri, Avropa Oyunları ailəsi və Oyunlara gələn hər bir kəs Azərbaycanda ən dəyərli qonaq hesab olunacaqlar”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right