Ukraynanın Xarkov şəhərində keçirilən G-1 kateqoriyalı "Ukraine Open" beynəlxalq turnirində yığmamız artıq yarışın ilk günü uğura imza atıb.
Newsport.az-ın məlumatına görə, kişilər arasında 80 kq çəki dərəcəsində mübarizəyə qatılıan taekvondoçumuz Milad Beigi Harçeqani yalnız finalda məğlub olaraq turnirin gümüş medalını qazanıb.
Qadın taekvondoçulardan 67 kq çəki dərəcəsində mübarizəyə qatılıan Fəridə Əzizova qızıl medal uğrunda final döyüşündə son Olimpiya Oyunlarının gümüş mükafatçısı Nur Tatara 5:3 yenilərək, turnirin gümüş medalına layiq görülüb. Günay Ağakişiyeva (57 kq) isə turniri yarımfinal mərhələsində bürünc medalla başa vurub.
Beləliklə, yarışın ilk günü yığma komandamız aktivinə 2 gümüş və 1 bürünc medal yazıb.
Yarışın ikinci günü isə aşağıda adları qeyd olunan yığma üzvlərimiz mübarizə aparacaq:
1. Ayxan Tağızadə (-68 kq)
2. Patimat Abakarova (-49 kq)
3. Nurgül Çelik (-49 kq)
4. Daria Şkurko (-62 kq)
5. Marina Tedeeva (-73 kq)