Amerika Birləşmiş Ştatlarının Los Anceles şəhərində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışarı başlayıb.
Newsport.az-ın məlumatına görə, yarışda Azərbaycanla yanaşı, Rusiya, Kuba, ABŞ, Monqolustan, İran, Belarus və Türkiyə güləşçiləri iştirak edir.
Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, Belarus və Türkiyə komandaları ilə B qrupunda mübarizə aparır. A qrupunda isə, Rusiya, Kuba, ABŞ və Monqolustan komandaları qüvvələrini sınayır.
Güləşçilərimiz əvvəlcə Türkiyə komandasını 7:1, ardınca isə Belarusu 6:2 hesabı ilə məğlub edib. Qrupun son görüşündə güləşçilərimiz İran komandası ilə qarşılaşacaq. Görüş bu gecə saat 00:30-da başlayacaq.
AZƏRBAYCAN - Türkiyə 7:1
57 kq - Yaşar Əliyev - Sezer Akgül 9:3
61 kq - Hacı Əliyev - Munir Recep Aktaş 17:4
65 kq - Toğrul Əsgərov - Sefa Aksoy 11:0
70 kq - Ruslan Dibirhacıyev - rəqib yoxdur
74 kq - Cəbrayıl Həsənov - Söner Demirtaş 6:3
86 kq - Aleksandr Qostiyev - Serdar Böke 4:2
97 kq - Şərif Şərifov - İbrahim Bölükbaşı 2:0
125 kq - Cəmaləddin Məhəmmədov - Tanju Gemici 0:5
Belarus - AZƏRBAYCAN 2:6
57 kq - Vladislav Andreyev - Cəlal Süleymanov 2:12
61 kq - Dzianis Maksimau - Hacı Əliyev 2:12
65 kq - Azamat Nurikau - Toğrul Əsgərov 2:6
70 kq - Jan Safyan - Ruslan Dibirhacıyev 0:8
74 kq - Ali Şabanau - Cəbrayıl Həsənov 1:1*
86 kq - Amarhaji Mahamedau - Aleksandr Qostiyev 1*:1
97 kq - İvan Yankouski - Şərif Şərifov 1:11
125 kq - Aleksey Şemarov - Cəmaləddin Məhəmmədov 4:3
|
|
A qrupu |
B qrupu |
Başlama vaxtı |
|
I tur |
ABŞ - Kuba 6:2
Rusiya - Monqolustan 6:2 |
İran - Belarus 8:0
Azərbaycan - Türkiyə 7:1 |
|
|
II tur |
ABŞ - Rusiya 4*:4
Kuba - Monqolustan 3:5 |
İran - Türkiyə 7:1
Belarus - Azərbaycan2:6 |
|
|
III tur |
ABŞ - Monqolustan
Kuba - Rusiya |
Türkiyə - Belarus
Azərbaycan - İran |
12 aprel, 23:00
13 aprel, 00:30 |
13 aprel, 00:30
7-8-ci yer uğrunda: 13 aprel, saat 02:00
5-6-cı yer uğrunda: 13 aprel, saat 02:00
3-4-cü yer uğrunda:13 aprel, 04:15
FİNAL görüşü: 13 aprel, saat 05:45