Moskvada "Bakı-2015"in təqdimat mərasimi keçiriləcək

Bu gün Moskvada Bakı-2015 Avropa oyunlarının təqdimat mərasimi keçiriləcək. 

Newsport.az-ın məlumatına görə, bu məqsədlə gənclər və idman naziri Azad Rəhimov bu ölkədə rəsmi səfərdədi.

Moskvanın “Redisson Royal, Moskva” mehmanxanasının konqres-parkında baş tutacaq tədbirdə 450-dən çox qonağın iştirakı gözlənilir.

Təqdimat mərasimi çərçivəsində qonaqlar eyni zamanda, Azərbaycanın mədəniyyətini, tarix və adətlərini özündə əks etdirən sərgi  ilə də tanış ola biləcəklər.

Tədbirin sonunda qonaqlar üçün konsert proqramı təqdim ediləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right