"Bakı-2015"ə hazırlıq davam edir

Bakı-2015 I Avropa Oyunlarında iştirak edəcək dağ velosipedi (MTB) üzrə Azərbaycan yığması məsul yarışa hazırlığı Sloveniyada davam etdirir.

Newsport.az-ın məlumatına görə, təlim-məşq prosesi çərçivəsində idmançılarımız beynəlxalq turnirlərə də qatılıblar.

Aprelin 6-da Sloveniya, İtaliya, Xorvatiya və Avstriyadan olan 60 velosipedçinin iştirakı ilə təşkil olunmuş yarışda Avropa Oyunlarında iştirak etməyə namizəd olan yığma komandamızın 4 üzvü - Aqşin İsmayılov, Aqşin Bağırlı, Murad Sultanov və Orxan Məmmədov da iştirak edib. İdmançılarımızdan ən yüksək nəticəyə Aqşin İsmayılov imza atıb - o, 13-cü nəticə göstərib. Qeyd edək ki, martın 29-da Avstriyada 100-dən artıq idmançının iştirakı ilə keçirilən digər yarışda Aqşin 24-cü olmuşdu.

Sloveniya turnirində mübarizə aparan digər velosipedçilərimizə gəlincə, Aqşin Bağırlı 19-cu, Orxan Məmmədov 20-ci, Murad Sultanov isə 22-ci yeri tutub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right